Avtomatik söndürmə sistemləri


   Avtomatik sulu yanğın söndürmə sistemləri СниП normalarına uyğun olaraq suvarma kanalının növünə görə sprinkler və drençerli söndürmə sistemlərə bölünürlər. Sprinkler sistemi hava və ya su ilə doldurulmasına görə qidalandıran və bölüşdürən borular su ilə doldurulan, hava ilə doldurulan, hava və su ilə doldurulanlara bölünürlər. Drençerli söndürmə sistemləri bir neçə kateqoriyay bölünürlər - elektrikli, hidravlik, pnevmatik, mexaniki, kombine edilmiş.


   Yanğın mühafizə siqnalizasiyasi isə özündə həm mühafizəni (qapı və ya pəncərənin açılması), həm də yanğına aid funksiyaları birləşdirir. Yanğın siqnalizasiyasının quraşdırılması hissədən ibarətdir - avtomatik (tüstü, istilik və kombinə edilmiş) yanğın xəbərvericiləri, manual yanğın xəbərvericiləri, avtomatik və manual yanğın xəbərvericiləri.


   İşə düşməsinin tezliyinə görə aşağıdakılara bölünürlər:

  • tez hərəkətə gələn - işə düşmə müddəti 3 s. çox olmamaq şərti ilə
  • orta inersiyalı - işə düşmə müddəti 30 s.
  • inersiyalı - işə düşmə müddəti 30 s. çox, lakin 180 s. çox olmamaq şərti ilə

   İşlək vəziyyətdə qalmasının müddətinə görə:

  • orta müddətli işlək vəziyyət – 30 dəq. çox olmayaraq
  • işlək vəziyyətin müddəti – 30 dəq. çox, lakin 60 dəq. çox olmamaq şərti ilə


   СНиП normalarına uyğun olaraq avtomatik köpüklü yanğın söndürmə sistemləri - konstruktiv həllinə, ötürücünün növünə, işə düşmə zamanına, işlək vəziyyətdə olma qalma müddətinə və tozun bölünməsinə görə fərqlənirlər. Avtomatik tozlu yanğın söndürmə sistemi konstruktiv həllinə görə sulu söndürmə sistemində olduğu kimi suvarma kanalının növünə görə sprinkler və drençerli söndürmə sistemlərinə bölünürlər. Drençerli söndürmə sistemləri isə elektrikli, hidravlik, pnevmatik, mexaniki və kombine kateqoriyaların bölünür.


   Avtomatik yanğın söndürmə sisteminin sulu söndürmə sistemlərindən əsas fərqi işlək vəziyyətdə olması müdətinin parametrləri və tozun bölünməsidir.

    İşlək vəziyyətdə olma müddətinə görə bölünürlər:

  • qısa müddətli işlək vəziyyət – 10 dəq. çox olmayaraq
  • orta müddətli işlək vəziyyət - 15 dəq. çox olmayaraq
  • işlək vəziyyətin müddəti - 15 dəq. çox, lakin 25 dəq. çox olmayaraq.

   Köpüyün bölünməsinə görə köpüklü söndürmənin quraşdırılması:

  • alçaq (5-dən 20-dək)
  • orta (20-dən çox, lakin 200-dən çox olmayaraq)
  • yüksək (200-dən çox)