Intercom sistemləri


   İnterkom sistemi sahələr və zonalar arasında əlaqə yaratmaq üçün nəzərdə tutulub. İnterkom sistemlərinə daxildir telefoniya, peyk və kabel televiziyası, internet. İnterkom sitemləri vasitələrinə aiddirlər selektorlu əlaqə, domofon, daxil olmanı məhdudlaşdıran oaqlar və sahələr üçün əlaqə cihazları.


   Hazırkı sistem təyin edilən alqoritmə uyğun zəngləri mərkəzi stansiyadan köməkçi telefon apparatlarına bölüşdürəcək və istənilməyən zənglər və ya vacib zənglər haqqında xəbər verəcək. İnterkom sistemini quraşdırarkən sistemin terminalı olan ümumi ərazi boyunca hər zonadan məlumat ötürmək, gələn müştərilərlə domofon vasitəsilə əlaqə saxlamaq, uşaqların arzu olunmayan kanallara daxil olmalarının qarşısı almaq.


   İnterkom sisteminə nəzarət və ya əlavə icraçı cihazların quraşdırılması vasıtəsilə internet və ya telefonla, evinizdə baş verən fövqəladə hallar haqqında məlumat almaq, məsələn, avtoməlumat cihazı vasitəsilə. Yanğın, su və ya qaz sızması və mühəndis sistemlərinin nasazlığı zamanı, həmçinin evinizə yad adamların daxıl olmaları zamanı sistem sireni işə salacaq, mühafizə xidmətini və sizi xəbərdar edəcək. Bundan əlavə, siz hər televizor üçün antena almaq məcburiyyəti ilə üzləşməyəksiniz və ya hər otaqda internetə çıxış nöqtəsini quraşdırmalı olmayacaqsınız. Sistem televiziya siqnalını əsas qəbuledicidən bütün lazımi cihazlara ötürəcək və bölüşdürəcək. Eləcə də sistem bu sxem üzrə sizə lazım olan bütün otaqlarda internetə çıxışınızı təmin edəcək.


   İnterkom sistemi aşağıdakı hissələrdən ibarətdir:

  • İdarəedən prosessor
  • Məsafədən idarəetmə cihazları
  • Domofonlar
  • Mikrofonlar
  • Antenlər
  • Qəbuledici cihaz
  • Birləşdirici kabel kanalı


   İnterkom sitemlərinin əsas üstünlüyü onların çoxfunksiyalı və geniş imkanlara malik olmalarıdır. Sistem istehsalatda, inzibati müəsissələrdə, ticarət obyektlərində, tədris mərkəzlərində, terminallarda və sair tikililərdə- tunellərdə, elektrik stansiyalarda, qazanxanalarda və yaşayış evlərində quraşdırıla bilər. İnterkom sistemlərinin bir növü video konfrans interkom sistemidir.