Avto dayanacaq sistemləri


   Azərbaycanın ən böyük təhlükəsizlik şirkəti olan “Fire Security MMC” müştərilərinə yeni xidmətlər təqdim etməkdə davam edir. Azərbaycan üzrə bir sıra böyük layihələrdə təhlükəsizlik sistemlərini təqdim edən şirkət nəqliyyat vasitələrinin və nəqliyyat yollarının yükünün artdığı bir zamanda avto nəqliyyatın park olunması üçün müasir həllər, yeni “Avto dayanacaq sistemləri” xidmətini təklif edir.


   Avto nəqliyyatın park olunma sistemi özü üç alt sistemdən ibarətdir: nəqliyyat vasitələrinin giriş məhdudlaşdırıcı, ödəmə nöqtələri və naviqasiya sistemləri. “Fire Security MMC” şirkəti bu xidməti reallaşdırmaq üçün bu sahə üzrə kifayət qədər təcrübəsi və keyfiyyəti olan şirkətlərlə əməkdaşlıq edir.


   “Fire Security MMC” şirkəti avto dayanacaq sahəsinə avtomatlaşdırılmış giriş məhdudlaşdırılması sistemləri üzrə 40 illik təcrübə əsasında pullu girişə nəzarət avadanlıqları istehsal etməklə, bazarda lider mövqeyini tutan “Automatic Systems” ilə əməkdaşlıq edir. Avto dayanacaq sistemlərində ödənişlərin həyata keçirilməsində “Parking Time” şirkətinin avadanlıqlarından istifadə olunmuşdur. Şirkətin əsas fəaliyyəti ödənişli park olunma sistemlərinin reallaşdırılmasıdır. Park olunma sistemləri müxtəlif səviyyəli avtomatlaşdırma dərəcəsinə malik olmaqla aşağıdakı həlləri təklif edir:

  • Park olunmanın təhlükəsiz həyata keçirilməsi
  • Video müşahidə kamerası vasitəsi ilə nəqliyyat vasitəsinin xarici görünüşü və dövlət qeydiyyatı nişanının yadda saxlamaq imkanı
  • Nəqliyyat vasitəsinin dayanacaq sahəsini tərk etdiyi zaman identifikasiya olunması
  • Dayanacaq sahəsində xüsusi işıqfor və cihazlarla hərəkətin tənzimlənməsi
  • Pul vəsaitlərinin daxil olunmasına nəzarət
  • Personalın qərəzsiz xidmət göstərməsinə və daxil olan pul vəsaitlərinin izlənməsi üçün üçün avtomatik kassa