Bina İdarəetmə Sistemi


   Bina avtomatizasiyası dedikdə müasir tikililərdə əməliyyat və proseslərin avtomatizasiyası nəzərdə tutulur. Avtomatizasiya edilən sistemlərə işıqlandırma, soyutma və isitmə, havalandırma sistemlərini aid etmək olar. Bina avtomatizasiyası intellektual tikililərin əsasını təşkil edir. Bina avtomatikasının başlıca məqsədi təhlükəsizliyi təmin etmək, komfort səviyyəsini yaxşılaşdırmaq və resurslardan səmərəli istifadəni təmin etməkdir. Bina avtomatizasiyasını şərti olaraq üç səviyyəyə ayırmaq olar:


   Üst səviyyə - idarəetmə səviyyəsi (Management level) - Qrafik interfeys vasitəsi ilə operator və sistem arasında idarəetmə funksiyalarını daşıyır, statistik məlumat bazası toplayır və analitik materiallara əsasən hava şəraitindən, iş fəaliyyət rejimindən asılı olaraq ən optimal idarə etmə konfiqurasiyasını və işləmə parametrlərini müəyyən edir. Komyuter avadanlıqları və SCADA proqram təminatı vasitəsi ilə reallaşır. Bu minimal mühəndis və işçi qüvvəsindən istifadə edərək binanın bütün texniki avadanlıqlarının texniki diaqnostikası və servisini təşkil etməyə imkan verir. Orta səviyyə - avtomatik idarəetmə (Automation level) – funksional proseslərin avtomatizasiyası, bunların əsasını idarəetmə kontrollerləri, giriş-çıxış siqnal modulları və müxtəlif cür kommunikasiya avadanlığı təşkil edir.


   Aşağı səviyyə- sahə səviyyəsi (Field Level) özündə binanın texniki avadanlıqlarının bütün parametrlərinin texniki göstəriciləri, sensor,datçiklər və müxtəlif ölçüləri müəyyən edən avadanlıqlar arasında bağlantını təşkil edir. Müxtəlif ara cihazları vasitəsi ilə binanın texniki avadanlıqlarını idarə edir. Fire Security MMC şirkəti bina idarəetmə sistemini kompleks şəklində həyata keçirir. Bina İdarəetmə Sistemlərinin tətbiqi bina idarə edilməsini daha müasir şəkildə, resurslarda səmərəli istifadə edərək reallaşdırır.