Daxil olmanı məhdudlaşdırılması və nəzarət sistemləri (Acces control)


   Hal-hazırda mövcud olan ən intellektual təhlükəsizlik sistemlərindən biri də - daxilolmaya nəzarət sistemidir. Bu sistem yalnız müvafiq giriş icazəsi olan şəxslərin qapalı ərazilərə daxil ola bilmələri üçün nəzərdə tutulmuşdur. Sistemin əsas məqsədi kənar şəxslərin otaqlara və yaxud da mühafizə olunan zonaya icazəsiz daxil olmasının qarşısının alınmasıdır.


   Daxilolmaya nəzarət sistemi mühafizə edilən əraziyə daxil olan və buranı tərk edən əməkdaşları və qonaqları identifikasiya etməyə (eyniləşdirməyə) imkan verir. Bu sistem, ondan istifadə edənlərin məqsədlərindən asılı olaraq, həm yeganə giriş nöqtəsinə, həm də ki, ərazi daxilində bütövlükdə qapılar sisteminə tətbiq edilə bilər.


   Müasir dünyada daxilolmaya nəzarət elektron sistemləri - mühafizə sistemləri arasında ən etibarlı kimi tanınmaqdadır. Bu sahədə olan son yeniliklər isə xüsusilə diqqətəlayiqdir. Hal-hazırkı qabaqcıl elektron sistemlər nəinki təkcə plastik kartlardan kodu oxuyur, onlarda həmçinin insanın biometrik göstəriciləri: barmaq izləri, gözün qüzehi qişası kimi məlumatlar da proqramlaşdırılmışdır. Belə özəl məlumatlar təkrarolunmazdır, hər bir konkret insan üçün fərdidir. Buna görə də, bu məlumatlar insanın identifikasiyası üçün ən yaxşı informasiyadır.